Boks üzrə keçmiş dünya çempionu, əfsanəvi amerikalı idmançı Roy Cons Azərbaycana gələcək.

Offsideplus.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, məşhur idmançı "Sea Breeze Resort"da keçiriləcək Çempionlar Gecəsində iştirak edəcək.

Bildirilib ki, azərbaycanlı dünya çempionu Sübhan Məmmədov rinqə məhz Roy Consun müşayiəti ilə çıxacaq.

Tədbir çərçivəsində Roy Consun azarkeşlər üçün xüsusi sürpriz hazırladığı da qeyd olunub.

Qeyd edək ki, iyulun 10-da təşkil olunacaq Çempionlar Gecəsi saat 19:00-da başlayacaq.