“Beşiktaş” qapı xəttini iki oyunçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi “Bavariya”dan Aleksandr Nübel, “Başakşəhər”dən Doğan Alemdarı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Beşiktaş" ötən gün Salih Özcanın transferini də açıqlamışdı.