UEFA Konfrans Liqasında "Torpedo"nu 3:0 hesabı ilə məğlub edən "Zirə" UEFA reytinqində Azərbaycanın aktivinə xal yazdırıb.
Offsideplus.az xəbər verir ki, "qartallar"ın qələbəsi sayəsində Azərbaycanın aktivinə 0,250 əmsal əlavə olunub.
Beləliklə, Azərbaycan 19,062 əmsal ilə hazırda 26-cı yerdədir. 27-ci pillədəki Slovakiyanın 18,250, 25-ci mövqedəki İsrailin 20,750 əmsalı var.
Qeyd edək ki, daha öncə "Sabah"ın TNS üzərində qələbəsi ölkəmizin xal əmsalını artırmışdı.


