Mərakeş millisinin hücumçusu İsmayıl Saybari DÇ-2026-nın 1/4 finalında Fransaya qarşı keçiriləcək oyunu buraxacaq.

Offsideplus.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Məhəmməd Vahbi mətbuat konfransında açıqlayıb.

Saybari bu dünya çempionatında keçirdiyi 5 oyunda 3 qol vurub.

 25 yaşlı hücumçu 1/8 finalda Kanada ilə matçda zədələnmişdi.

Qeyd edək ki,  Fransa - Mərakeş qarşılaşması bu gün Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.