Bu gün ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qarabağ” İslandiyanın “Vestri” komandasını qəbul edəcək.  

Rəqibin ölkəsinin 1-ci liqa çempionatında iştirak etməsi, avrokubok təcrübəsinin “Qarabağ”dan olduqca az olması və bir neçə amillər “köhlən atlar”ın bu görüşdə böyük hesablı qələbə qazanması fikirlərini ortaya çıxıb.  

Bu haqda futbol veteranı Mahmud Qurbanov fikirlərini Offsideplus.az-la bölüşüb: 

“Qarabağ”ın qarşısına böyük hesabla qələbə qazanmaq tələbini qoymaq düzgün deyil. Qələbə qələbədir. Hesabın fərqi yoxdur. “Qarabağ”ın gücü hər kəsə məlumdur. Komanda yenilənir. Böyük hesabla qələbə qazanmaq şansları yüksəkdir. Rəqib 1-ci liqa təmsilçisidir. Heç orda da liderlərdən deyil. İnanmıram ki, “Vestri” ya Bakıda, ya da səfərdə “Qarabağ”a çətinlik yaratsın”.