“Neftçi” basketbol klubunun heyətində ciddi itki baş verib. 

Offsideplus.az xəbər verir ki, iki mövsüm “ağ-qaralar”ın formasını geyinən Amil Həmzəyev sosial şəbəkə hesabında azarkeşlərə və klub rəhbərliyinə müraciət edərək vida etdiyini açıqlayıb:

"Hər gözəl hekayənin bir sonu olduğu kimi, mənim də "Neftçi" ilə yolumun sonuna gəlib çatdıq. Haqqını verərək şərəflə daşıdığım bu formanı iki mövsümün ardından böyük qürur və minnətdarlıq hissi ilə təhvil verirəm. Bu iki il ərzində birlikdə sevindik, çətin günlərdən keçdik, unudulmaz xatirələr topladıq və ömürlük dostluqlar qazandıq.

Başda 'Neftçi' rəhbərliyi olmaqla, komanda yoldaşlarıma, məşqçilərimizə, klub əməkdaşlarına və bizi heç vaxt tək qoymayan böyük "Neftçi" azarkeşlərinə sonsuz təşəkkürümü bildirirəm. "Neftçi" mənim üçün sadəcə bir klub deyil, həyatımın ən dəyərli xatirələrinin yazıldığı xüsusi bir ünvandır. Sağ ol, "Neftçi"m. Əlvida!"