"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirir.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Lesli Uqoçukvunun transferini bitirməkdə iddialıdır.

"Cim-bom" yaxın günlərdə qarşı tərəfə yeni rəsmi təklif göndərəcək.

Bu barədə insayderlər Fabritsio Romano və Matteo Moretto məlumat yayıb.

Türkiyə klubu fransalı yarımmüdafiəçinin özü ilə artıq hər tərəfli razılıq əldə edib. 

"Qalatasaray" "Börnli" ilə də danışıqları yekunlaşdırmaq üzrədir və tərəflər ortaq məxrəcə gəlməyə çox yaxındır.

Keçidin bir neçə gün ərzində tamamlanacağı gözlənilir.

Qeyd edək ki, Uqoçukvu ötən yay 28 milyon avroya "Çelsi"dən "Börnli"yə transfer olmuşdu. O, keçən mövsüm Premyer Liqada 35 oyuna çıxıb və 3 qol vurmağı bacarıb.