Milli komandanın oyununda ciddi zədə alan Kristian Pulişiç bir müddət yaşıl meydanlardan kənarda qalmalı olacaq.

Offsideplus.az xəbər verir ki, ​Belçika yığmasına qarşı keçirilən gərgin qarşılaşmada zədələnən futbolçunun baldır sümüyündə əzik və mikrosınıq aşkarlanıb.

Həkimlərin rəyinə əsasən, bərpa prosesi bir neçə həftə çəkəcək və Pulişiç bu müddət ərzində komandasına kömək edə bilməyəcək.