Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda “Vestri” “Qarabağ”a məğlub olub - 0:3.
Offsideplus.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların çalışdırıcısı Daniel Osafo-Bado media önünə çıxıb. O əvvəlcə matç barədə fikirlərini bölüşüb: "Mənim üçün çətin oyun oldu. “Qarabağ” keyfiyyət göstərdi. Oyunçularımdan məmnunam. Səhvlərimizdən qol buraxdıq".
Mütəxəssis böyükhesablı məğlubiyyəti belə şərh edib: “Səhv başa düşməyin. Təcrübədən, oyunçularımdan razı qaldım, nəticədən yox”.
Baş məşqçi çempionatlarındakı qeyri-sabit nəticələrin “Qarabağ”la matça təsirini belə izah edib:
“Xeyr. Bizim üçün prioritet çempionatdır. Çempionatdakı qeyri-sabitliyin bu oyuna əlaqəsi yoxdur”.


