Yurgen Klopp Almaniya millisinin baş məşqçi olacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə "SKY DE" nəşri məlumat yayıb.
Artıq müqavilənin müddəti də bəllidir. Belə ki, "bundesdimlər" yerli çalışdırıcı ilə DÇ-2030 daxil olmaqla 4 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Kloppun son iş yeri "Liverpul" olub. Milli komandanın DÇ-2026-a gətirən mütəxəssis isə Yulian Nagelsman olub.
Xatırladaq ki, Almaniya seçməsi 1/16 finalda Paraqvaya məğlub olaraq mübarizəni erkən dayandırıb.


