Transfer bazarında böyük canlanma yaşanır.
Offsideplus.az xəbər verir ki, "Fənərbağça" klubu ingilis hücumçu Meyson Qrinvudun transferində hələ də üstün tərəf olsa da, İspaniyanın "Atletiko Madrid" klubu mübarizəyə qoşularaq böyük bir əks-həmlə edib.
Madrid təmsilçisi futbolçunun müqavilə ilə məxsus olduğu "Olimpik Marsel" klubuna bonuslarla birlikdə ümumilikdə 50 milyon avroluq (45 milyon avro nəqd + 5 milyon avro bonus) rəsmi təklif göndərib. İspanlar Qrinvudun özünə isə 5 mövsümlük müqavilə təklif edirlər.
Verilən məlumatlara görə, baş məşqçi Diyeqo Simeonenin şəxsən bəyəndiyi və heyətdə görmək istədiyi futbolçunun seçimi də məhz Madrid klubundan yanadır. Təcrübəli mütəxəssis ingilis ulduzu layihəyə cəlb etmək üçün onu şəxsən razı salmağa çalışır.



