İngiltərənin "Arsenal" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, London təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, klub fransalı qolkiper İllan Melyeni transfer edib.

26 yaşlı qapıçı ilə müqavilə imzalanıb. O, yeni komandasına mövsümöncəsi hazırlıq toplanışı zamanı qoşulacaq.

Qeyd edək ki, İllan Melye son 7 mövsümü "Lids Yunayted"də keçirib. O, bu müddətdə bütün turnirlərdə 215 oyunda meydana çıxıb, 70 matçda qapısını toxunulmaz saxlayıb. Fransanın "Loryan" klubunun yetirməsi olan qolkiper "Arsenal"da 30 nömrəli formanı geyinəcək.