Almaniya Futbol İttifaqı (DFB) təcrübəli mütəxəssis Yurgen Kloppun Almaniya millisinin baş məşqçisi təyin olunması ilə bağlı rəsmi bəyanat yayıb.
Offsideplus.az xəbər verir ki, qurumun açıqlamasında tərəflər arasında prinsipial razılığın əldə olunduğu bildirilib:
"DFB prezidenti Bernd Noyendorf və vitse-prezident Hans-Yoaxim Vatske dünən Nyu-Yorkda Yurgen Kloppla Almaniya milli komandasının növbəti baş məşqçisi olması barədə danışıqlar aparıblar. Görüş potensial müqavilə ilə bağlı razılığın əldə olunması ilə nəticələnib. Danışıqlar növbəti həftə də davam etdiriləcək. Hər iki tərəf danışıqların uğurla başa çatacağına inanır, bir şərtlə ki, Kloppun hazırda müqavilə ilə bağlı olduğu "Red Bull" şirkəti ilə də tam razılıq əldə olunsun".


