Portuqaliya millisinin sabiq baş məşqçisi Fernandu Santuş AVRO-2016-dakı tarixi çempionluğun 10 illiyi (10 iyul) münasibətilə xatirələrini bölüşüb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis Parisdəki o unudulmaz gecədən danışarkən komanda ruhunu ön plana çıxarıb:

"Zaman keçdikcə qazanılan uğurun miqyasını daha yaxşı anlayırıq. Həmin turnirdə bizim üçün "biz" anlayışı mən"dən hər zaman üstün oldu. Kapitan Kriştianu Ronaldu həm meydanda, həm də meydandan kənarda həlledici rol oynadı. O, şəxsi nümunəsi, ambisiyası və inamı ilə komandanı arxasınca apardı. Heyətdə böyük istedadlar var idi, lakin fərqi yaradan bir-birimizə olan etibar və birlik hissi oldu.

Fransadakı mühacirlərimizin və bütün portuqaliyalıların bizə verdiyi o qeyri-adi dəstəyi də heç vaxt unutmayacağam. Mən hələ də eyni qüruru hiss edirəm - təkcə titula görə yox, həm də onun necə qazanıldığına görə. Çünki o qələbə mənim deyil, hamınındır".