"Real"ın braziliyalı hücumçu Vinisius Junior müqavilə müddətinin uzadılması barədə razılığa gəliblər.

Offsideplus.az xəbər verir ki, bu barədə "Madrid Zone" məlumat yayıb.

Müqavilənin imzalanması üçün rəsmi görüşün iyulun sonunda baş tutacağı bildirilib. Vinisius həmçinin yarımmüdafiəçi Federiko Valverdedən sonra "Real"ın ikinci kapitanı olacaq.

Xatırladaq ki, 26 yaşlı vingerin "kral klubu" ilə hazırki müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.