DÇ-2026-nın 1/4 finalında keçiriləcək Argentina - İsveçrə matçı öncəsi cənubi amerikalıların baş məşqçisi Lionel Skaloni kapitan Lionel Messinin fiziki forması barədə maraqlı fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis 39 yaşlı superulduzun motivasiyası olduqca dünyanın ən yaxşısı olmağa davam edəcəyini bildirib:

"Leonun çox və ya az qaçması önəm kəsb etmir, o, meydanda həlledici rol oynayır. Komanda da ona çox kömək edir. Messinin fərdi fiziki hazırlıq məşqçisi ilə işləməsi öz bəhrəsini verdi, o, hazırda maksimumunu ortaya qoyur. Tyeri Anrinin dediyi kimi, Leo təhlükə hiss edəndə əsl maşına çevrilir. İnsanlar onun 39 yaşında ən yaxşı formada olmayacağını gözləyə bilərdilər, amma o, istədiyi müddətcə zirvədə qalacaq. Məşqçilər heyəti ilə onun Qvardiolanın "Barselona"sındakı 23-24 yaşlı dövrü barədə çox danışmışıq. İndiki vəziyyəti məni təəccübləndirmir. Leo yalnız motivasiyasını itirəcəyi gün ən yaxşı olmaqdan əl çəkəcək".