İyulun 11-dən 12-nə keçən gecə Las-Veqasda UFC 329 turniri keçiriləcək.
Offsideplus.az xəbər verir ki, gecənin əsas döyüşündə Maks Hollouey (27-9) və Konor Makqreqor (22-6) qarşılaşacaqlar.
İdmançılar daha əvvəl 2013-cü ildə üz-üzə gəliblər və həmin vaxt üç raundluq döyüşdə Konor hakimlərin yekdil qərarı ilə qalib gəlib. Hollouey ilə revanş qarşılaşması Makqreqor üçün son beş ildə ilk döyüş olacaq.
Turnirin əsas döyüşləri aşağıdakılardır:
Peddi Pimblett (23-4) – Benoit Sen-Deni (17-3)
Kori Sendhagen (18-6) – Mario Bautista (17-3)
Brendon Royval (17-9) – Lone Kavanah (10-1)
Geybl Stivson (3-0) – Elayşa Ellison (5-2)
Robert Uittaker (27-9) – Nikita Krılov (31-11)
Turnir Bakı vaxtı ilə gecə saat 01:00-da başlayacaq. Əsas kardın döyüşləri isə səhər saat 05:00-da start götürəcək.


