Cənubi Afrika Respublikası (CAR) millisinin və "Mamelodi Sandauns" klubunun yarımmüdafiəçisi Ceyden Adamsın FIFA Dünya Çempionatından qayıtdıqdan bir neçə gün sonra dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçunun depressiyadan əziyyət çəkdiyi və bu səbəbdən intihar etdiyi bildirilir.

Qeyd edək ki, Ceyden Adams CAR yığmasının heyətində dünya çempionatında üç qarşılaşmada meydanda olub. Onun komandası turnirin 1/16 final mərhələsinə qədər irəliləməyi bacarmışdı.