Avropa basketbolunda növbəti böyük "transfer bombası" partlayıb. 

Offsideplus.az xəbər verir ki, "Anadolu Efes" Mayk Ceymsi heyətinə cəlb edib.

Təcrübəli basketbolçu ilə "1+1" mövsümlük müqavilə imzalanıb.

Karyerası ərzində çoxsaylı liqa və kubok çempionluqları qazanan 35 yaşlı amerikalı ulduz, 2024-cü ildə Avroliqanın (EuroLeague) ən dəyərli oyunçusu (MVP) seçilib.

M.A Ceyms həmçinin 2025-ci ildə "Avroliqa Tarixinin Ən Yaxşı 25 Oyunçusu" siyahısına daxil edilib.