“Neftçi” heyətini gücləndirməkdə davam edir. 

Offsideplus.az xəbər verir ki, “ağ-qaralar” Rikardinyonu transfer etmək niyyətindədir. Hazırda azad agent statusu daşıyan futbolçu son mövsümü “Kayrat”da keçirib. 

O, burada 32 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə etməyi bacarıb.

181 sm boya malik mərkəz hücumçusu vinger də oynamağı bacarır. 

"Neftçi" ondan başqa Freddi Varqas keçidini də bitirmək üzrədir. Venesuelalı futbolçunun yaxın günlərdə yenidən "ağ-qaralar"a qoşulacağı gözlənilir