UEFA klubların növbəti reytinq cədvəlini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, son 5 mövsümün nəticələri əsasında hazırlanan siyahıda ölkəmizin ən yaxşı göstəriciyə malik klubu yenə “Qarabağ”dır. Ağdam təmsilçisi aktivindəki 33,750 əmsalla qitənin 59-cu komandasıdır.
Siyahıda yer alan digər klublarımızın mövqeləri isə aşağıdakı kimidir:
“Sabah” - 215-ci yer (6,000 əmsal)
“Zirə” - 226-cı yer (5,500 əmsal)
“Neftçi” - 304-cü yer (4,000 əmsal)
“Araz-Naxçıvan” - 308-ci yer (3,862 əmsal)
“Sumqayıt” - 309-cu yer (3,862 əmsal)
“Qəbələ” - 310-cu yer (3,862 əmsal)


