Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, sərbəst güləşçimiz Hacı Kərimov (70 kq) finalda fransalı Bayssanqur Bitmurzayevə tam üstünlüklə (10:0) qalib gələrək U20 Avropa çempionu olub.
Digər güləşçilərimizdən Muhəmməd İsmayılov (57 kq) fransalı Qaspar Şenuya tam üstünlüklə (11:0) qalib gələrək U20 Avropa çempionatında bürünc medal qazanıb.
Bəşir Verdiyev (65 kq) macarıstanlı Mozes Lasloya tam üstünlüklə (12:1) qalib gələrək U20 Avropa çempionatında bürünc medal qazanıb.
Məhəmməd Abbaszadə (86 kq) yarımfinalda ermənistanlı Razmik Yepremyana sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.
Hüseyn Məmmədtağızadə (92 kq) yarımfinalda rusiyalı Artur Toqoyevə (0:10) hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.
Elcan Ismayılzadə (79 kq) ermənistanlı Narek Nikoqosyanla bürünc medal görüşündə hesabda 10:4 öndə olarkən "tuş"la məğlub olub.
Sərbəst güləşçimiz Fərhad Süleymanlı (97 kq) finlandiyalı Yoona Yunnilaya 4:1 hesabıyla qalib gələrək U20 Avropa çempionatında bürünc medal qazanıb.


