Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında sərbəst güləşçilərimiz uğurlu çıxışlarını davam etdirirlər.
Offsideplus.az xəbər verir ki, yarışın beşinci günündə 5 çəki dərəcəsində mübarizə aparan təmsilçilərimizdən 4-ü medal şansını qoruyub.
Hacı Kərimov (70 kq) bolqarıstanlı, slovakiyalı və rusiyalı rəqiblərinə qalib gələrək finala yüksəlib. O, qızıl medal uğrunda fransalı Bayssanqur Bitmurzayevlə qarşılaşacaq.
Yarımfinalda məğlub olan Muhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq) və Fərhad Süleymanlı (97 kq) isə bürünc medal uğrunda xalçaya çıxacaqlar.
Təsnifat mərhələsində uduzan Elcan İsmayılzadə (79 kq) isə rəqibinin finala yüksəlməsi sayəsində təsəlliverici görüşdə qüvvəsini sınayacaq.


