"Beşiktaş" Moskva "ÇSKA"sının yarımmüdafiəçisi Matvey Kislyak üçün 28 milyon avroya qədər təklif verməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Türkiyə klubu tərəfindən nəzərdə tutulan təklif sabit məbləğ və bonuslardan ibarət olacaq. Bildirilir ki, 21 yaşlı futbolçu üçün "Beşiktaş"a keçid maraqlı ola bilər. Lakin "ÇSKA" hazırda Kislyakı satmaq niyyətində deyil.
Moskva klubunun baş icraçı direktoru Roman Babayev "Beşiktaş"ın Kislyaka marağını təsdiqləyib: "Həmkarlar Moskvaya gəlmişdi, görüş oldu – biz hələ görüşdən əvvəl açıq şəkildə bildirdik ki, Matveyi satmağa hazır deyilik. Hesab edirik ki, hələ vaxtı çatmayıb".
Bu mövsüm Kislyak Rusiya Premyer Liqasında 5 oyunda iştirak edib və 1 qol ötürməsi ilə yadda qalıb.


