"Real Madrid"in baş məşqçisi Joze Mourinyo mövsümün ilk ev oyununda azarkeşləri komandaya dəstək olmağa səsləyib.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi La Liqanın birinci turundan təxirə salınmış qarşılaşmada "Real Sosyedad"ı qəbul edəcək. Mourinyo bildirib ki, bu, ilk ev oyunu olsa da, mövsümdəki 19 qarşılaşmadan yalnız biridir və hər xal böyük əhəmiyyət daşıyır. "Məqsədimiz qalib gəlməkdir, rəqibə hörmətlə yanaşırıq, çünki onlar bunu haqq edirlər. Onlar çox fərqli və güclü heyətə malikdirlər, bizə çətin anlar yaşadacaqlar. 'Espanyol'la oyunda rəqibin azarkeşlərinin dəstəyini hiss etdik, ümid edirəm ki, sabah bizim fanatlarımız da eyni ehtirasla komandamıza dəstək olacaqlar. Komandadan qələbə əzmi, əhval-ruhiyyə, dözüm, güc və soyuqqanlılıq gözləyirəm. 'Bernabeu'da mənim üçün xüsusi bir qarşılanma gözləmirəm, əsas odur ki, azarkeşlər komandamıza bütün ehtirasları ilə dəstək versinlər. Keçən mövsüm çətinliklər yaşadılar, indi isə sıfırdan başlamırıq. Mən ən vacib şəxs deyiləm, emosiyalarımı idarə edə bilirəm və bu oyunda özümü normal aparacağam. Bu, adi oyun deyil, çünki üç xal uğrunda mübarizə gedir. İstərdim ki, komanda ötən mövsümdən fərqli hisslər yaşasın", – deyə Mourinyo vurğulayıb.


