"Maklaren"in pilotu Lando Norris Niderland Qran-prisindəki qələbəsindən sonra çempionluq titulu uğrunda mübarizəyə qoşulmaq şansları haqqında fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, onun sözlərinə görə, yalnız "Maklaren" bolidini daha da təkmilləşdirəcəyi təqdirdə onun şansı yaranacaq. Hazırda Norrisin çempionatda liderlik edən Kimi Antonellidən 83 xal geri qalır.
"Hazırda sərəncamımda titul qazanmağa imkan verən maşın yoxdur. Bilirəm, bu iddialı bəyanat kimi səslənə bilər, lakin ötən mövsümdən sonra lazım olan səviyyədə çıxış etməyə qadir olduğumu və maşından tam olaraq nə almaq istədiyimi bilirəm.
Əgər 'Maklaren'in aşağı sürətli döngələrdəki sürətini artıra bilsək, o zaman mövsümün hər yarışında qalib gəlmək imkanımın olacağına əminəm. Əks halda isə titul uğrunda mübarizə şanslarımıza inanmaq çətin olacaq", – deyə Norris bildirib.


