NBA-nın dördqat çempionu və "Çikaqo Bulls"un əfsanəsi Horace Grant komandanın yeni oyunçusu Kaleb Uilson barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Grant Uilsonun həm fiziki göstəricilərini, həm də döyüşkən xarakterini xüsusi vurğulayıb: "Allahım, bu nə oyunçudur. Sadəcə əsl canavardır. Onun bütün lazımi keyfiyyətləri və bacarıqları var. Ən çox isə məni onun döyüşkən xarakteri və qalib mentaliteti cəlb edir. Meydançaya çıxır və istədiyini əldə edir. Düşünürəm ki, Derik Rouzdan bəri "Çikaqo Bulls"un ən yaxşı dreft seçimlərindən biridir. Onu nə Maykl, nə özüm, nə də Pippenlə müqayisə etmək fikrim yoxdur, amma mənim fikrimcə, Rouzdan sonra bu, ən uğurlu seçimlərdəndir".
Qeyd edək ki, Kaleb Uilson Yay Liqasında 4 oyunda orta hesabla 23,5 xal, 7,2 ribaund, 1,8 assist, 5,2 top itkisi və 2,5 blokşutla yadda qalıb.


