Toronto klubunun baş məşqçisi Darko Rakayoviç Viktor Vembanyamanın potensialını yüksək qiymətləndirib və onun basketbolun gələcəyinə təsir edə biləcəyini bildirib.

Offsideplus.az xəbər verir ki, Rakayoviç fransalı gənc ulduzun yalnız boyu və texnikası ilə deyil, həm də diqqəti və motivasiyası ilə seçildiyini vurğulayıb. "Viktor Vembanyama unikal oyunçudur və bu, təkcə onun fiziki göstəriciləri və bacarığı ilə bağlı deyil. O, inanılmaz dərəcədə diqqətlidir və motivasiyalıdır. Hara getmək istədiyini yaxşı bilir. Hesab edirəm ki, o, oyunu dəyişən oyunçular kateqoriyasına daxil olacaq. Vembanyama tamamilə basketbol tarixinin ən böyük oyunçusu ola bilər", – deyə Rakayoviç qeyd edib.