Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Filip Ozobiçin yeni komandası müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı futbolçu karyerasını vətənində davam etdirəcək.
35 yaşlı oyunçu yerli 1-ci liqa təmsilçisi "Mladost Zdralovi" ilə razılığa gəlib.
Müqaviləyə əsasən, təcrübəli yarımmüdafiəçi cari mövsümün sonunadək sözügedən kollektivin şərəfini qoruyacaq.
Qeyd edək ki, F.Ozobiç ölkəmizdə "Qəbələ", "Qarabağ", "Neftçi" və "Turan Tovuz" kimi klubların formasını geyinib. O, Azərbaycan yığmasının heyətində meydan çıxdığı 15 matçda 1 dəfə fərqlənməyi bacarıb.


