"Los Anceles Leykers" Sloveniyaya səfərini bir qədər uzadaraq, Lyublyanada doğum evini və ağır xəstə uşaqlar üçün klinikanı ziyarət edib. Səfərin sonunda "Leykers"in forvardı Carred Vanderbilt yerli jurnalistə qısa müsahibə verib.
Offsideplus.az xəbər verir ki, Vanderbilt ona Sloveniyaya yenidən qayıdıb-qayıtmayacağı barədə verilən suala belə cavab verib: "Məmnuniyyətlə yenidən gələrdim. Düzünü desəm, buraya gəlməmişdən əvvəl bu ölkə barədə çox məlumatım yox idi, amma bura mütləq yenidən gələcəyim yerlərdən biridir. Sloveniya pasportu almağı düşünürəm, görək necə olacaq. Ola bilsin, bir az da sloven olum". Qeyd edək ki, daha əvvəl "Leykers"də Luka Donçiçin digər sabiq komanda yoldaşı Cekson Heys də Sloveniya vətəndaşlığı alıb.


