"Qarabağ"ın zədəli futbolçularının son durumu məlum olub.

Offsideplus.az xəbər verir ki, zədəsi tam sağalan Pedro Bikalyo artıq komanda ilə məşqlərə başlayıb.

Renaldo Sefasın reabilitasiyası uğurla davam edir və onun "Tvente" ilə cavab matçının heyətində yer almaq ehtimalı var. Zakaria Savonun isə 3-5 həftəyə sıraya dönəcəyi gözlənilir.

Ən ciddi zədə alan Elvin Cəfərquliyev isə əməliyyat olunacaq. Konservativ müalicə nəticə vermədiyi üçün cərrahi müdaxiləyə qərar verilib. Müdafiəçinin bərpa prosesi təxminən 3 ay çəkəcək.