Ölkə voleybolumuzun tənəzzül yaşadığı heç kəsə sirr deyil. Əsrin əvvəlindəkilərlə son illərdə olan nəticələr müqayisəyə belə bağlıdı. Dünya Çempionatında ilk altılıqda olan, 2005 və 2017-ci il Avropa Çempionatında  4-cü yer tutan milli hara, indiki hara? 

7 ildən sonra ilk dəfə Avropa Çempionatına qatılan yığma görünür eyforiyadan başgicəllənmə yaşayır. Belə ki, ən zəif millilərdən olan Portuqaliya çətinliklə məğlub edildi, bundan sonra haqlı tənqidlər olundu. 

İspaniya da məğlubiyyətə uğradıldıqdan sonra millinin kapitanı Ayşən Abduləzimova “görək bu oyundan sonra nə yazaqsız?” - dedi. İstər azarkeş, istər mətbuat - nə yazılır yazılsın, bundan sizə nə, Ayşən xanım? Siz peşəkar idmançısınız, bu gün oturub bir-bir şərhləri, tənqidləri oxuyacaqsız ki, sabah çıxım cavablarını verim?

Növbəti gün Rumıniya yığması məğlub edildi, Ayşən xanım sözünün bəzi jurnalistlərə olduğunu dedi. Növbəti sual yaranır: jurnalist tənqid etməsin, kim etsin? Jurnalistin işinin bir hissəsi də tənqid etmək deyil? 

Sözünün xalqa olmadığının səbəbi kimi isə bunu deyir: “Azərbaycanın yarısından çoxu voleybolu başa düşmür, onlar üçün qələbə qələbədir”. Vay, vay, vay… Kapitan qaş düzəltmək istəyəndə, vurub gözü də çıxarır…

Hər kəs qələbə, çempionluq istəyər. Amma Ayşən xanım çempion olsa, miks-zonaya gələrkən jurnalistləri döysə, təəccüblənməyin…