Bakıdakı Fəvvarələr Meydanı 18–19 iyul tarixlərində FIBA 3x3 Qadınlar Seriyasına ev sahibliyi edəcək.

Offsideplus.az Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, millimiz və “Neftçi SOCAR” doğma meydanda çıxış edəcəklər.

İştirakçıların tərkibi belədir:

“Neftçi SOCAR”, “Rapid Buxarest” (Rumıniya), “Ulaanbaatar Amazons” (Monqolustan), İspaniya, Çili, Avstriya, Latviya, Litva, Çexiya, “Praqa” (Çexiya), Slovakiya, Azərbaycan, Sinqapur, Braziliya, “Kampala” (Uqanda) və Benin.