İtaliyanın "Roma" klubu transfer bazarında hücum xəttini gücləndirmək üçün böyük addım atıb.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi Fransanın "Strasburq" klubunda çıxış edən gənc istedad Dieqo Moreira üçün ilk rəsmi təklifini formalaşdırıb.  

​"Roma" rəhbərliyinin 21 yaşlı vingeri heyətinə qatmaq üçün hazırladığı təklifin detalları bəllidir:  

  • ​Zəmanətli transfer məbləği: €30 milyon 
  • ​Növbəti satışdan pay: Gələcək transfer daxilindən %10 pay 
  • ​Klubun ilkin tələbi: "Strasburq" futbolçu üçün təxminən €50 milyon tələb edir.

​İki klub arasındakı maliyyə fərqi böyük olsa da, transferin pərdəarxasında nüfuzlu menecer Horxe Mendes fəaliyyət göstərir.

Portuqaliyalı agent Fransız klubunu bu şərtlərlə razı salacaq və ortaqlığı təmin edəcək doğru formulu tapmaq üçün danışıqları davam etdirir.