"Çelsi" klubunun yeni baş məşqçisi Xabi Alonso mövsümönü hazırlıqlar və komandadakı ab-hava barədə danışıb.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis futbolçularının böyük istəklə çalışdığını və komandaya yeni qüvvələrin qoşulduğunu vurğulayıb.
Xabi Alonso London klubundakı yeni dövr haqqında bu fikirləri səsləndirib:
"Futbolçuların yaxşı bir mövsüm keçirmək istədiklərini artıq hiss etmişəm. Ötən mövsümdən sonra biz indi hər şeyə sıfırdan başlayırıq. Həm heyətdə, həm də texniki heyətdə yeni simalarımız var. Oyunçular etdiyimiz işlərə qarşı çox həvəslidirlər. Komandada böyük bir enerji və həyəcan var."
Qeyd edək ki, "Çelsi"də yeni bir era başladan Xabi Alonso komandada qalibiyyət ruhunu yenidən bərpa etmək niyyətində olduğunu bildirib.


