PSJ heyətini yeni sol cinah müdafiəçisi ilə gücləndirməyə hazırlaşır. 

Offsideplus.az xəbər verir ki, Fransa çempionu bu mövqe üçün "Aston Villa"nın futbolçusu Lukas Dini namizəd qismində nəzərdən keçirir.

Paris klubu təcrübəli müdafiəçinin mümkün transferi ilə bağlı ilkin danışıqlara başlayıb. PSJ rəsmi addımları dünya çempionatından sonra atmağı planlaşdırır.

Öz növbəsində, "Aston Villa" da artıq fransalı futbolçunun yerini doldurmaq üçün axtarışlara start verib. Birmingem təmsilçisinin namizədləri arasında Pervis Estupinyan və bir neçə digər oyunçunun adı var.

İnsayder Tom Kollomossun yaydığı məlumata görə, Dinin "Aston Villa" ilə müqaviləsində 10 milyon avrodan yüksək sərbəstqalma məbləği yer alıb.