İtaliya nəhəngi "Yuventus" heyətində bəzi oyunçularla yolları ayırmağı planlaşdırır. 

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi komandada gözlənilənləri verə bilməyən ulduz futbolçularla birdəfəlik vidalaşmağın yollarını axtarır.

"Qoca sinyora" Edon Jeqrova, Conatan Devid və Loi Openda ilə yolları ayırmaq üçün müxtəlif variantları nəzərdən keçirir.

Klub rəhbərliyi bu oyunçuların gedişini asanlaşdırmaq üçün güzəştə getməyə də hazırdır. Belə ki, transferlərin reallaşacağı təqdirdə Turin klubu futbolçuların maaşlarının bir hissəsini ödəməyə və ya onları ödənişsiz icarəyə verməyə isti yanaşır.