"Beşiktaş" heyətini dünya səviyyəli bir ulduzla gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Arsenal" klubunda çıxış edən belçikalı hücumameylli yarımmüdafiəçi Leandro Trossard ilə hər mövzuda razılığa gəlib.
Məlumata görə, tərəflər 3+1 mövsümlük müqavilə şərtləri üzərində ortaq məxrəcə gəliblər. Keçidin maliyyə detalları da artıq bəllidir:
- Maaş: Təcrübəli futbolçunun mövsümlük xalis maaşı 8 milyon avrodan aşağı olacaq.
- Bonuslar: Müqavilədə oyunçunun performansına əsasən uğur bonusları nəzərdə tutulub.
- İmza pulu: "Beşiktaş" bu transfer üçün futbolçuya hər hansı bir imza pulu ödəməyəcək.
Transferin yaxın günlərdə rəsmən elan edilməsi gözlənilir.



