"Qalatasaray" yay "transfer pəncərəsi"ndə ilk transferini rəsmiləşdirməyə hazırlaşır. 

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi ilk həmləsini yarımmüdafiə xəttinə edib.

"Börnli"nin yarımmüdafiəçisi Lesli Uqoçukvu tezliklə "Qalatasaray"la rəsmi müqavilə imzalayacaq.

Klublar arasında əldə olunan razılığa əsasən, bu keçidin ümumi dəyəri bonuslarla birlikdə 30 milyon avrodan aşağı olacaq.

O, icarə əsasında "sarı-qırmızılar"a qoşulacaq. Müəyyən bir oyun sayına çatarsa, o, birdəfəlik Türkiyə nəhənginə keçəcək.

22 yaşlı futbolçunun yaxın vaxtlarda İstanbula gələrək rəsmi sözləşməyə imza atacağı gözlənilir.