Güləş üzrə Azərbaycanın U-17 milli komandalarının Bakının ev sahibliyi edəcəyi dünya çempionatında mübarizə aparacaq ilkin heyəti müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) açıqladığı iştirak ərizəsində ölkəmizi təmsil edəcək 29 idmançının adı yer alıb.
Heyətdə yer alan pəhləvanlardan 10-u sərbəst, 10-u yunan-Roma, 9-u isə qadın güləşi yarışlarında xalça üzərinə çıxacaq.
Yunan-Roma güləşi:
45 kq. Əli Cavadlı
48 kq. Ömər Salmanov
51 kq. Əbdürrəhman Hüseynli
55 kq. Qurban Məcnunov
60 kq. Elmir Çərkəzov
65 kq. Orxan Həbibli
71 kq. Əli Məmmədov
80 kq. İsfahan Həsənov
92 kq. Zöhrab Səfərov
110 kq. Məhəmməd Mustafayev
Qadın güləşi:
40 kq. Gülxanım Şirinova
43 kq. Məryəm Əmralı
46 kq. Nuray Cəfərli
49 kq. Xədicə Qurbanzadə
53 kq. Fatimə Bayramova
57 kq. Ülviyyə Musayeva
61 kq. Fidan Babayeva
65 kq. Rana Nuriyeva
69 kq. Simurə Abdullayeva
Sərbəst güləş:
45 kq. Tunar Həsənov
48 kq. Hüseyn Rzazadə
51 kq. İbrahim Həsənov
55 kq. Abbas Şəfiyev
60 kq. Elcan Həsənov
65 kq. Rəşid Nəzərov
71 kq. Tunar Quliyev
80 kq. Nihad Süleymanlı
92 kq. Elgün Kərimli
110 kq. Hakim Tağıyev
Qeyd edək ki, U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək.


