UFC-329 tədbirində Konor Makqreqor - Maks Hollovey döyüşü baş tutub. 

Offsideplus.az xəbər verir ki, irlandiyalı döyüşçü 5 il sonra yenidən UFC oktaqonuna qayıdıb. Lakin gecənin əsas döyüşü cəmi 1 dəqiqə 7 saniyə çəkib. Konor texniki nokaut qərarı ilə məğlub olub. O, ayağından zədələnib və döyüşə davam edə bilməyib.

Əsas kartın ikinci döyüşündə isə Paddi Pimblet Beno Sent-Denisi I raundda təslimolma yolu ilə məğlubiyyətə uğradıb. 

Makqreqor - Hollovey döyüşünü təqdim edirik: