Argentinanın Mendoza vilayətinin vitse-qubernatoru Ebe Kasado Fransa millisi barədə işlətdiyi ifadələrə görə irqçilikdə ittiham olunmasını rədd edib.
Offsideplus.az xəbər verir ki, fransızların DÇ-2026-nın 1/8 finalında Paraqvaya qalib gəldiyi (1:0) oyundan sonra məmur sosial şəbəkədə bu sözləri yazıb:
"Afrikalılar özlərini tərbiyəsiz aparırlar. Mbappeyə dözə bilmirəm".
Daha sonra açıqlama verən Kasado yazdıqlarını irqçilik hesab etmədiyini bildirib:
"Bu şərhdə heç bir irqçilik görmürəm. Əgər kimsə bunu irqçilik kimi qəbul edirsə, deməli, afrikalıları aşağı səviyyəli hesab edir. Kimisə "afrikalı" adlandırmağı təhqir sayanların özləri irqçidir. Sözlərimdən geri çəkilmirəm, əksinə, onların dəyərini vurğulayıram".
Kasado həmçinin sosial və irqi ədalət məsələlərinə həddindən artıq həssaslıq göstərilməsini ("voukiizm") tənqid edərək bunun tamamilə qəzəbdən ibarət olduğunu və yumor hissindən məhrum edildiyini əlavə edib.


