Ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirən Sami Mmae karyerasını Kiprdə davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı müdafiəçi bu ölkənin "Pafos" klubuna keçib.
O, müqavilə ilə məxsus olduğu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubundan Kipr təmsilçisinə də icarə əsasında yollanıb.
Qeyd edək ki, bu yay Azərbaycan millisinin vingeri Murad Məmmədov da "Pafos" klubuna transfer olunub.


