FIFA prezidenti Canni Infantino ABŞ prezidenti Donald Trampın ölkəsində keçirilən 2026-cı il dünya çempionatı barədə təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, qurumun rəhbəri ABŞ, Kanada və Meksikanın ortaq ev sahibliyi etdiyi turniri Trampın yaxından izlədiyini bildirib:
"Donald Trampla müntəzəm olaraq, demək olar ki, hər gün telefonla danışırıq. O, turnirdən çox razıdır və yarışdan zövq alır. Bütün oyunları televizordan canlı izləyir".
İnfantino ABŞ rəhbərinin matçları niyə stadiondan canlı izləməməsinə də aydınlıq gətirib. O, bunun təhlükəsizlik problemləri ilə bağlı olmadığını vurğulayıb:
"Xeyr, xeyr, təhlükəsizliklə bağlı heç bir problem yoxdur. Sadəcə, düşünürəm ki, onun hələ görüləsi vacib işləri var. Əgər o, stadiona gəlsə, insanlar soruşacaqlar: "DDünyada bu qədər hadisələr baş verdiyi bir vaxtda onun stadionda nə işi var?" Mən həm onunla, həm də dünya çempionatının təşkilatçılığını yüksək səviyyədə həyata keçirən hökuməti ilə daim təmasdayam".
Qeyd edək ki, dünya çempionatı iyulun 19-da yekunlaşacaq.


