Argentina millisinin 2022-ci il dünya çempionatındakı qələbəsindən sonra əldə etdiyi 300 milyon avroluq mükafat fondu ətrafında böyük qalmaqal yaşanır.
Offsideplus.az xəbər verir ki, aparılan araşdırma hesabatlarına görə, bu məbləğin 42 milyon avrodan çox hissəsi "paravan" (ofşor) şirkətlərə köçürülüb.
İddiaların mərkəzində, Dünya Çempionatının final oyunundan cəmi 9 gün əvvəl imzalandığı deyilən gizli bir müqavilə dayanır. Sənədə əsasən, Argentina Futbol Assosiasiyasının (AFA) turnirdən əldə edəcəyi gəlirin 30%-i "TourProdEnter" adlı şirkətə ötürülməli idi.
Araşdırmada, həmçinin qeyd olunur ki, FİFA həmin vəsaiti birbaşa olaraq futbol dünyası ilə heç bir əlaqəsi və fəaliyyəti tapılmayan bu şirkətin hesablarına köçürüb.
Hazırda faktla bağlı araşdırmalar davam edir.


