İsveçrə millisinin qapıçısı Qreqor Kobel DÇ-2026-nın 1/4 finalında Argentinaya əlavə vaxtda uduzduqları (1:3) oyun barədə danışıb.

Offsideplus.az xəbər verir ki, qolkiper turnirlə vidalaşdıqları üçün məyus olduğunu gizlətməyib.

"Bu mərhələyə qədər necə gəlib çıxmağımızla və bu gün meydanda hər şeyimizi ortaya qoymağımızla fəxr edirəm. Çox yaxşı formadaydıq və əsl dözümlülük nümayiş etdirdik. Turnirdən kənarlaşmaq məhz bu səbəbdən belə ağrılıdır".

O, VAR müdaxiləsindən sonra Embolonun qırmızı vərəqə alması barədə isə bunları söyləyib:

"Epizodun təfərrüatlarını tam görə bilmədim. Amma meydandakı mübarizəmizi nəzərə alsaq, növbəti penaltilər seriyasına qədər getmək üçün bizə heç olmasa bir şansın verilməməsi ədalətsizlik kimi görünür".