Dünya çempionatının İngiltərə - Norveç matçında (2:1) baş verən skandal epizodla bağlı FIFA rəsmi mövqeyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, ali futbol qurumu ingilislərin qolundan əvvəl topun kameranın kabelinə toxunmadığını iddia edir. FIFA-dan bildirilib ki, izləmə qrafikində heç bir "pik nöqtə" (təmas) qeydə alınmayıb.

Norveç tərəfi isə bu qərarla qətiyyən razılaşmır. Matçın videotəkrar görüntüləri də norveçlilərin haqlı olduğunu, topun kabelə dəydiyini sübut edir. Mövcud futbol qaydalarına əsasən, belə vəziyyətdə oyun dərhal dayandırılmalı idi. Lakin hakimlər oyunu davam etdirib və epizod Norveç millisinin qapısına vurulan qolla nəticələnib.

Həmin epizodu sizə təqdim edirik: