UFC-nin yüngül çəkidə keçmiş müvəqqəti çempionu, amerikalı Dastin Porye yarımştat və yüngül çəkilərdə sabiq UFC çempionu, irlandiyalı Konor Makqreqora aralarındakı dördüncü döyüşü keçirməyi təklif edib.
Offsideplus.az xəbər verir ki, Poryenin sözlərini "Championship Rounds" sosial şəbəkə hesabı bu cür təqdim edib:
"Makqreqor sağalandan sonra mənimlə əlaqə saxlasın. Konor, mən geri qayıtmağa və səni yenidən - bu dəfə yarımorta çəkidə döyməyə hazıram".
Qeyd edək ki, Konor sonuncu döyüşünü iyulun 12-də Las-Veqasda (ABŞ) baş tutan UFC 329 turnirində amerikalı Maks Holloueyə qarşı keçirib. Revanş xarakteri daşıyan həmin qarşılaşma elə ilk raundda Maksın texniki nokautla qələbəsi ilə başa çatıb.


