Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turnirinə start veriləcək. 

Offsideplus.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yulun 19-dək davam edəcək bu məsul yarışda Azərbaycanı ümumilikdə 21 idmançı təmsil edəcək.

Mövsümün 4-cü reytinq turnirində ilk olaraq sərbəst güləşçilər xalçaya çıxacaq. Baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev (92 kq), Osman Nurmaqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) güclərini sınayacaqlar.

Daha sonra mübarizəyə qadın güləşçilər qoşulacaq. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Nərgiz Səmədova, Əsmər Cankurtaran (hər ikisi 53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzazadə (68 kq) medal uğrunda yarışacaqlar.

Yunan-Roma güləşçilərinin yarışında isə böyük məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi ilə Elmir Əliyev (60 kq), Murad Məmmədov, Sakit Quliyev (hər ikisi 63 kq), Məhəmməd Şükürzadə (67 kq) və Arif Niftullayev (97 kq) xalçaya çıxacaq.

Qeyd edək ki, turnirdə ilkin görüşlər hər gün Bakı vaxtı ilə saat 12:30-da, medal qarşılaşmaları isə 20:00-da başlayacaq. Yarışda ölkəmizi hakim kimi I-S kateqoriyalı referi Asif Şirəliyev təmsil edəcək.