İspaniya millisinin və "Barselona"nın gənc ulduzu Lamin Yamal qarşıdakı vacib oyunlar və komandadakı ab-hava barədə danışıb.

Offsideplus.az xəbər verir ki, o, bunları söyləyib:

"19 rəqəmi (forma nömrəsi, yaşı və finalın tarixi) ilə bağlı numerologiyaya inanmıram. Çünki Portuqaliya məşqçisi də oxşar bir şey demişdi, amma sonra Mikel Merino qol vuraraq hər şeyi dəyişdi. Boynumdakı boyunbağıya gəlincə, o, hədiyyə deyil, pulunu özüm vermişəm (gülür). Özümün özümə hədiyyəmdir.

Yarımfinalın əhəmiyyətini yaxşı anlayıram. Bu, "Barselona" ilə oynadığım Çempionlar Liqası matçlarından da üstündür – şübhəsiz ki, karyeramın ən vacib oyunudur. İspaniyanın çempion olacağına şübhə etmirəm. Çətindir, amma hamımız özümüzü 2010-cu ildəki kimi çempion olaraq görürük. Niyə də olmasın?

Cəmi bir qol vurmağım məni narahat etmir. Hər turnir fərqlidir. 5 qol vurmamışamsa, bu, məşqçinin günahı deyil. Əsas odur ki, komanda qalib gəlir. Ümid edirəm ki, növbəti matçda mən də qol vura biləcəyəm.

Dünya Çempionatında kameraya düşən balaca qardaşımın videosunun yayılmasına gəlincə isə, onun heç nədən xəbəri yoxdur. Evdə nə edirsə, orada da onu edir. Kameranı görəndə dəcəllik edir, onu izləmək mənə də xoşdur".